Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

18.05.2023 16:14
  • A-
  • A
  • A+

Ədəbiyyat İnstitutunun əməkdaşları Polşada mühazirə oxuyublar

Ədəbiyyat İnstitutunun əməkdaşları Polşada mühazirə oxuyublar

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru Şəfa Əliyeva və elmi işçi Lalə Ələkbərova hal-hazırda davam edən “Erasmus” (European Region Action Scheme for the Mobility of University Students) proqramı çərçivəsində Polşanın Bialystok Universitetində tələbələrə mühazirə oxuyublar.

“Erasmus” proqramı Ədəbiyyat İnstitutunun Təhsil şöbəsinin müdiri, sosiologiya üzrə fəlsəfə doktoru Samir Səttarov və hazırda Polşada olan gənc alimlərin səyləri ilə qazanılıb.

Görüşdə, həmçinin universitetinin əməkdaşı Dr. Viktor Qardotski və institutun “Horizon 2020” proqramı üzrə koordinatoru Dr. İvona Rusek iştirak ediblər.

Bialystok Universitetində proqram çərçivəsində Lalə Ələkbərova klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılığı və onların Polşa ədəbiyyatında təzahürü, filologiya üzrə fəlsəfə doktoru Şəfa Əliyeva isə ədəbi cərəyanlara müasir ədəbi-nəzəri  baxış, XX əsrdə ədəbi və elmi məktəb yaratmış sənətkarlar, eləcə də akademik İsa Həbibbəylinin Azərbaycan ədəbiyyatında dövrləşdirmə konsepsiyası ilə bağlı müxtəlif məruzələrlə çıxış ediblər.

Xatırladaq ki, ötən il  Ədəbiyyat  İnstitutunun “Horizon 2020” proqramı üzrə koordinatoru, sosiologiya üzrə fəlsəfə doktoru Samir Səttarov da Bialystok  Universitetində məruzələrlə çıxış etmişdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: