Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

19.05.2023 15:20
  • A-
  • A
  • A+

Fizika İnstitutunun Həmkarlar Komitəsinin sədri AHİK tərəfindən təltif olunub

Fizika İnstitutunun Həmkarlar Komitəsinin sədri AHİK tərəfindən təltif olunub

AR Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunun Həmkarlar Komitəsinin sədri, AMEA-nın Azad Həmkarlar İttifaqının (AHİ) Rəyasət Heyətinin üzvü, fizika üzrə fəlsəfə doktoru Sitarə Bağırova Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) İcaraiyyə Komitəsinin qərarı ilə həmkarlar ittifaqı hərəkatında xidmətlərinə görə 30 illik yubiley döş nişanı və vəsiqə ilə təltif olunub.

“AHİK 30 il” döş nişanını S.Bağırovaya AMEA AHİ-nin sədri, hüquq elmləri doktoru, professor Habil Qurbanov təqdim edib.

Yubiley döş nişanı ilə həmkarlar ittifaqı hərəkatında xidmətlərinə görə həmkarlar ittifaqı işçiləri, həmkarlar ittifaqı hərəkatı fəalları, dövlət, ictimai xadimlər və beynəlxalq həmkarlar ittifaqı hərəkatının fəalları və başqaları təltif olunurlar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: