Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

22.05.2023 15:28
  • A-
  • A
  • A+

Folklor İnstitutunun əməkdaşı “Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 30 illik Yubiley döş nişanı” ilə təltif olunub

Folklor İnstitutunun əməkdaşı “Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 30 illik Yubiley döş nişanı” ilə təltif olunub

AMEA-nın Azad Həmkarlar İttifaqınının (AHİ) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

İclası AHİ-nin sədri, hüquq elmləri doktoru, professor Habil Qurbanov açıb. O, bildirib ki, AMEA-nın bir sıra elmi müəssisələrinin Həmkarlar Təşkilatlarının sədrləri səmərəli fəaliyyətlərinə görə “Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 30 illik Yubiley döş nişanı” ilə təltif olunublar.

Təltif olunanlar arasında AMEA-nın Folklor İnstitutunun Həmkarlar İttifaqı Komitəsinin sədri, filologiya üzrə fəlsəfə doktoru, dosent Tahir Orucov da olub. O, Həmkarlar Təşkilatı sistemində uzun illər səmərəli fəaliyyətinə görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) İcraiyyə Komitəsinin qərarı ilə həmkarlar ittifaqı hərəkatında xidmətlərinə görə “Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 30 illik Yubiley döş nişanı” və vəsiqə ilə təltif olunub. “AHİK 30 il” döş nişanını T.Orucova professor Habil Qurbanov təqdim edib.

H.Qurbanov onu “Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 30 illik Yubiley döş nişanı” alması münasibətlə təbrik edib və ona bundan sonrakı fəaliyyətində uğurlar arzulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: