Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

23.05.2023 11:15
  • A-
  • A
  • A+

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşı müxtəlif peşə nümayəndələrinin şagirdlərlə görüşündə çıxış edib

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşı müxtəlif peşə nümayəndələrinin şagirdlərlə görüşündə çıxış edib

Bakı şəhəri Süleyman Sani Axundov adına 172 nömrəli tam orta məktəbdə müxtəlif peşə nümayəndələrinin şagirdlərlə görüşündə Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Kimyəvi-texnoloji proseslərin modelləşdirilməsi laboratoriyasının kiçik elmi işçisi, doktorant Fatma Şıxıyeva da iştirak edib. Görüşün əsas məqsədi şagirdlərə istək və qabiliyyətlərinə uyğun peşənin seçimində köməklik etmək, onları düzgün yönləndirmək olub.

Fatma Şıxıyeva kimya mühəndisliyi ixtisası haqqında təqdimatında şagirdlərə ətraflı məlumat verib. O, ixtisasının əhəmiyyəti, müsbət və mənfi tərəfləri, hazırda ölkəmizdə və xaricdə iş imkanları, bu sahədə uğur qazanmağın yolları, şagirdlərin mənimsəməli olduğu bilik və bacarıqlarla bağlı geniş məruzə ilə çıxış edib. Eyni zamanda çıxışında şagirdlərin xarici dil biliklərinə yiyələnmələri, onların internet resurslarından düzgün istifadə edərək lazımi bilikləri əldə edib daim öz üzərlərində işləmənin əhəmiyyəti haqqında geniş məlumat verib. Sonda o, kimya mühəndisliyi sahəsində şagirdləri maraqlandıran çoxsaylı sualları cavablandırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: