AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) Yer Elmləri seksiyasının iclası keçirilib.
İclasda Seysmoloji Xidmət Mərkəzində istehsalat təcrübəsi keçən Qərbi Kaspi Universitetinin tələbələrinin təcrübə dövründə öyrəndikləri praktiki biliklərinin nəticəsi müzakirə olunub.
RSXM-nin Seysmologiya şöbəsinin müdiri, Yer Elmləri seksiyasının rəhbəri, geologiya-mineralogiya elmləri doktoru Tahir Məmmədli bildirib ki, Qərbi Kaspi Universiteti ilə sözügedən mərkəz arasında bağlanmış müqaviləyə əsasən hər il universitetin bir qrup tələbəsi mərkəzin müvafiq şöbələrində istehsalat təcrübəsi keçirlər.
Daha sonra Qərbi Kaspi Universitetinin tələbələri Aqşin Həsənov “Xətai rayonu ərazisində tikinti sahələrinin mühəndisi-geoloji və mühəndisi-seysmoloji şəraitinin araşdırılmasının nəticələri (RSXM-nin fond materialları əsasında - 1998-2019-cu illər)”, İlahə İskəndərova “Linux əməliyyat sistemi, onun strukturu və komandaları”, Nigar Əliyeva “Binəqədi və Nizami rayonları ərazisində tikinti sahələrinin mühəndisi-geoloji və mühəndisi-seysmoloji şəraitinin araşdırılmasının nəticələri (RSXM-nin fond materialları əsasında - 1998-2019-cu illər)” mövzusunda məruzələrini təqdim ediblər.
Təqdim olunmuş məruzələr ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.