Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

26.05.2023 14:48
  • A-
  • A
  • A+

BDU tələbələrinin Şamaxı Astrofizika Rəsədxanasında istehsalat təcrübəsi başa çatıb

BDU tələbələrinin Şamaxı Astrofizika Rəsədxanasında istehsalat təcrübəsi başa çatıb

Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin “Fizika” ixtisası üzrə təhsil alan IV kurs tələbələrinin istehsalat təcrübəsi başa çatıb.

Təcrübə müddətində tələbələrə dərs planına uyğun olaraq öncəliklə ŞAR-ın Bakı şəhər bölməsində nəzəri biliklər tədris edilib. Nəzəri tədris zamanı tələbələrə rəsədxananın alimləri tərəfindən astronomiyanın prioritet tədqiqat sahələri, Günəş sistemi, ulduzlar və onlarda baş verən proseslər, planetlər və qalaktikalar haqqında ümumi məlumatlar verilib.

Nəzəri tədris müddətini başa vuran tələbələrə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında praktiki dərslər keçirilib. Burada onlara ŞAR-ın təcrübəli alimləri tərəfindən teleskoplar və digər astronomik cihazlar, onların iş prinsipi və rəsədxanada aparılan əsas elmi-tədqiqat istiqamətləri üzrə tədris aparılıb.

Qeyd edək ki, istehsalat təcrübəsinin sonunda tələbələrin əldə etdikləri təcrübi biliklər qiymətləndirilərək, təcübələrin nəticələri haqqında hesabatlar tərtib edilib.

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: