Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunun Bəzək memarlığı laboratoriyasının müdiri, b.ü.f.d., dosent Şəlalə Gülməmmədova tərəfindən may ayının II ongünlüyündə Sabir bağının ərazisinə ekspedisiya təşkil edilərək orada müşahidələr aparılıb, yerli və müxtəlif ölkələrdən Abşeron şəraitinə introduksiya olunmuş 52 növdən ibarət dekorativ ağac, kol və ot bitkilərinin herbariləri toplanılaraq taksonomik tərkibi və mənşəyi təyin edilib, bitkilərin kompozisiyalarda bioloji və dekorativ xüsusiyyətlərinə görə qruplaşdırılması, kompozisiyaların müntəzəm (həndəsi formalı) və landşaft, eləcə də təbii (orijinal formalı) üslublarda tərtibatı, kompozisiyaların ətrafında kiçik memarlıq formalarının (fəvvarə, fənər, oturacaq, gül səbəti, fiqur və s.) istifadə qaydaları öyrənilib, fotoşəkilləri çəkilib.
Aparılan elmi-tədqiqat işinin nəticəsində məlum olub ki, Sabir bağının ərazisində taksonomik tərkibi öyrənilən 52 növə aid dekorativ ağac, kol və ot bitkiləri Abşeronun torpaq-iqlim şəraitinə yaxşı uyğunlaşır, perspektivlidir, yaşıllaşdırmada, park və bağlarda müxtəlif formalı kompozisiyaların tərtibatında geniş istifadə oluna bilər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.