Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Rəsədxana əməkdaşı beynəlxalq konfransda iştirak edib
30.05.2023 15:36
  • A-
  • A
  • A+

Rəsədxana əməkdaşı beynəlxalq konfransda iştirak edib

Kiyev Universitetinin təşkilatçılığı ilə “Astronomy and Space Physics” mövzusunda beynəlxalq konfrans keçirilib.

Müxtəlif ölkələrdən olan astronomların konfransda iştirakı “Zoom” proqramı üzərindən olmaqla, onlayn formada təşkil edilib.

Beynəlxalq konfransda N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) Planetlər və kiçik səma cisimləri şöbəsinin baş elmi işçisi, AMEA-nın müxbir üzvü Əyyub Quliyev iştirak edib.

Əyyub Quliyev konfransın ikinci günündə “On the twin comets” (Ekiz kometlər haqqında) mövzusunda məruzə ilə çıxış edib.

Konfransa təqdim olunan məruzədə uzunperiodlu kometlərin orbitləri araşdırılıb. Statistik təhlil nəticəsində tədqiqat obyekti olaraq seçilmiş kometlərin əsasən ekiz komet olması müəyyən edilməsi diqqətə çatdırılıb və onların yaranma səbəbləri haqqında geniş məlumat verilib.

Məruzənin yekununda mövzu ətrafında geniş müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: