Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

30.05.2023 16:45
  • A-
  • A
  • A+

Ortaq Türk Dünyası Olimpiadası qaliblərinin mükafatlandırılma mərasimi

Ortaq Türk Dünyası Olimpiadası qaliblərinin mükafatlandırılma mərasimi

“Heydər Əliyev İli”nə həsr olunmuş Ortaq Türk Dünyası Olimpiadası qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

Mərasimdən öncə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) kollektivi Ortaq Türk Dünyası Olimpiadasının iştirakçıları ilə birgə Fəxri xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər. Qonaqlar Şəhidlər xiyabanı və Türk şəhidliyini də ziyarət ediblər.

“Çırpınırdın, Qara dəniz” kompozisiyası ilə başlayan tədbirdə Ortaq Türk Dünyası Olimpiadası haqqında videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov olimpiadaya qoşulan bütün qardaş türk ölkələrinin komandalarını təbrik edib.

Ortaq Türk Dünyası Olimpiadası 2023-cü ilin “Heydər Əliyev İli” və “Şuşa şəhərinin “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamlarından irəli gələn vəzifələrin icrası çərçivəsində təşkil olunub.

Daha sonra türk ölkələrini təmsil edən olimpiada iştirakçılarının və qaliblərin mükafatlandırılma mərasimi keçirilib.

Tədbir türk xalqlarının rəqsləri əsasında hazırlanmış kompozisiya ilə başa çatıb.

Mərasimdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəyli, Milli Məclisin deputatları, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan respublikalarının ölkəmizdəki səfirləri, Elm və Təhsil Nazirliyinin və BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, ümumi təhsil müəssisələrinin direktorları, şagirdlər, müəllimlər, KİV nümayəndələri və digər qonaqlar iştirak ediblər.

AzərTac

  • Paylaş: