Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

31.05.2023 16:48
  • A-
  • A
  • A+

ADNSU-nun tələbələri Geologiya və Geofizika İnstitutunda istehsalat təcrübəsi keçiblər

ADNSU-nun tələbələri Geologiya və Geofizika İnstitutunda istehsalat təcrübəsi keçiblər

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Geoloji kəşfiyyat fakültəsinin “Geologiya və geofizika mühəndisliyi” ixtisası üzrə II və III kurslarında təhsil alan 30 tələbə Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunda 4 həftəlik istehsalat təcrübəsi keçiblər.

Tələbələr institutun elmi tədqiqat şöbələrində istehsalat təcrübəsilə yanaşı, müasir cihaz və avadanlıqların iş pinsipi ilə də tanış olublar. Həmçinin sözügedən müəssisədə lektoriyalarda, gənc tədqiqatçıların elmi seminarlarında və digər elmi tədbirlərdə iştirak ediblər. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: