Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Gülbəniz Babaxanlının “Ümummilli Lider Heydər Əliyev və ev muzeyləri” mövzusunda məruzəsi nüfuzlu beynəlxalq elmmetrik bazaya daxil edilib
31.05.2023 17:38
  • A-
  • A
  • A+

Gülbəniz Babaxanlının “Ümummilli Lider Heydər Əliyev və ev muzeyləri” mövzusunda məruzəsi nüfuzlu beynəlxalq elmmetrik bazaya daxil edilib

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Hüseyn Cavidin Ev Muzeyinin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlının “Ümummilli Lider Heydər Əliyev və ev muzeyləri” başlıqlı məruzəsinin tam mətni 26-28 may 2023-cü il tarixlərində Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqton şəhərində keçirilən “Müasir elmin problemləri” mövzusunda XI beynəlxlaq elmi-praktik konfransın materiallarında dərc olunub.

Ümummilli Lider Heydər Əliyevin mədəniyyət siyasətinin mühüm tərkib hissəsi olan ev muzeylərinin yaradılmasına həsr olunan məqalədə Ulu Öndərin təşəbbüsü ilə yaradılan ev-muzeylərinin tarixi qısa şəkildə nəzərdən keçirilir. Bu istiqamətdə aparılan işin milli və bəşəri əhəmiyyətini nəzərə çatdıran müəllif ölkəmizdə 1981-ci ildən başlayaraq Ümummilli Liderin təşəbbüsü ilə Azərbaycanda yaradılan yüzlərlə muzeyin, həmçinin ev muzeylərinin fəaliyyətə başlamasının Azərbaycan tarixinin, ədəbiyyatının, mədəniyyətinin təbliğində önəmli rol oynadığını faktlarla əsaslandırıb. 

G.Babaxanlının onlayn qatıldığı elmi konfransın əsas materialları beynəlxalq elmi ictimaiyyətdə qəbul olunmuş nüfuzlu “Scientifik collection” (Elmi toplu) jurnalının 156-cı sayında - 2023-cü il üzrə may nömrəsində yerləşdirilib. Qeyd edək ki, Ukrayna, İspaniya, Slovakiya, Türkiyə, Gürcüstan, Moldova, Qazaxıstan, Özbəkistan, Azərbaycandan olan alimlərin müxtəlif mövzularda əsərlərinin periodik olaraq dərc olunduğu multidissiplinar xarakterli “Scientifik collection” (İnter Conf) jurnalı Avropada və Amerikadakı əsas elmi nəşrlərin qeydiyyata alındığı, onlayn jurnalların əksəriyyətinin məlumatlarını ehtiva edən Google Scholar beynəlxalq elmmetrik bazasına daxildir.

Məruzənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: