Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

01.06.2023 15:25
  • A-
  • A
  • A+

Coğrafiyaçı alim Avropa iqlim konfransında çıxış edib

Coğrafiyaçı alim Avropa iqlim konfransında çıxış edib

Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun aparıcı elmi işçisi, c.ü.f.d. Rövşən Kərimov 15-16 may tarixlərində Polşanın Varşava şəhərində Polşa Elmlər Akademiyasının və Almaniyanın elmlər akademiyası statusu daşıyan əsas qurumu “Leopoldina”nın birgə təşkil etdiyi Avropa iqlim konfransında iştirak edib.

Avropanın və Mərkəzi Asiyanın 45 ölkəsindən 90 nəfərə yaxın alim və tədqiqatçının dəvət olunduğu elmi tədbirdə 7 sessiyadan ibarət dəyirmi stol təşkil olunub. R.Kərimov cəmiyyətin iqlimə reaksiyası sessiyasında mövzu ətrafında çıxış edərək, iştirakçıların suallarını cavablandırıb. Qonaqlar AFR-in Polşadakı səfirliyində görüşlər keçirib, sosial proqramlarda iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: