Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

İdarəetmə Sistemləri İnstitutunun əməkdaşları beynəlxalq seminarda iştirak ediblər
02.06.2023 09:20
  • A-
  • A
  • A+

İdarəetmə Sistemləri İnstitutunun əməkdaşları beynəlxalq seminarda iştirak ediblər

Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun əməkdaşları AMEA-nın müxbir üzvü Qorxmaz İmanov və elmi işçi Asif Əliyev 23-25 may 2023-cü il tarixlərində Barselona şəhərində İspaniya Kral İqtisadiyyat və Maliyyə Akademiyasının “Elmdə və iqtisadi fəaliyyətdə kibertəhlükəsizlik” mövzusunda keçirdiyi beynəlxalq seminarda çıxış ediblər.

“Azərbaycan milli kibertəhlükəsizlik indeksinin imitasiyası qeyri-səlis modeli” adlı məruzə iştirakçılar tərəfindən maraqla qarşılanıb, mövzu ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, konfransda İspaniya, İtaliya, Moldova, Əlcəzair, Rumıniya, Serbiya, Polşa və digər ölkələrin alimləri ilə görüşlər keçirilib, fikir mübadiləsi aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: