Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

02.06.2023 17:25
  • A-
  • A
  • A+

Rəsədxana əməkdaşı İtaliyada ezamiyyətdə olub

Rəsədxana əməkdaşı İtaliyada ezamiyyətdə olub

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Kosmik plazma və heliogeofiziki problemlər şöbəsinin mühəndisi Xalid Cəfərov, “ESO”, “INAF” və “Opticon Radionet Pilot”un birgə təşkilatçılığı ilə keçirilən “ORP-2023 Instrumentation School” çərçivəsində İtaliyanın Milan şəhərində ezamiyyətdə olub.

Təşəbbüsün məqsədi əsasən Avropa ərazisində yerləşən rəsədxanaların mühəndis heyətinin yeni texnologiyalarla tanışlığı və birgə yeni nəsil spektral cihazların hazırlanması idi.

Məktəb müddətində əməkdaşımız ümumilikdə Spektroskopiya və inteqral sahə spektroskopiyası ilə elm, teleskop və cihaz optikası, sistem mühəndisliyi, mexanika, detektorlar, fiber optika, adaptiv optika, proqram təminatı və məlumatların azaldılması sahəsində nəzəri və praktiki təlimlərdə iştirak edib.

Praktiki hissədə iştirakçılar “Faza A” hissəsinin öyrənilməsini həyata keçiriblər. Daha sonra isə təcrübəli repetitorların rəhbərlik etdiyi kiçik qruplar təşkil olunub və onlara  “ESO” - VLT teleskopu üçün bütün dalğa uzunluqlarında çalışan fiber-optik KUDE spektroqrafı hazırlanması tapşırılıb.

Qeyd edək ki, qrup layihəsini müvəffəqiyyətlə tamamlamış iştirakçılara beynəlxalq serifikat verilib.

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: