Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

05.06.2023 17:40
  • A-
  • A
  • A+

Dendrologiya İnstitutunun əməkdaşları Meyvəçilik və Çayçılıq ETİ-nin təcrübə sahəsində olublar

Dendrologiya İnstitutunun əməkdaşları Meyvəçilik və Çayçılıq ETİ-nin təcrübə sahəsində olublar

Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunun əməkdaşları biomüxtəlifliyin, torpaq və su ehtiyatlarının müasir yanaşmalarla tədqiqi, bərpası, mühafizəsi, səmərəli istifadəsi, iqlim dəyişkənliyinin biomüxtəlifliyə, populyasiyalara və növdaxili dəyişkənliyə təsiri istiqamətində elmi tədqiqat işləri aparılır.

Dendrologiya İnstitutu ilə birgə Kənd Təsərrüfat Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunun (ETİ) Abşeron Təcrübə Stansiyası ilə bağlanmış müqavilə əsasında, təcrübə sahəsində Caesalpinoideae Juss., Ceratonia L. Prosopis juliflora (Swartz) Dc., Nandina domestica Thunb, Spartium junceum L. Diospros lotus L., Diospyros kaki L. və s. cinsinə aid olan bəzi növlərin Abşeron yarımadasında cücərtilərinin morfologiyası və vegetasiya dövründə böyüməsi, fenologiyası, yaşıllaşdırmada istifadəsi elmi əsaslarla araşdırılaraq tədqiq edilir. Təcrübə sahəsində yaz fəslində səpilən toxumlar üzərində tədqiqat işləri davam etdirilərək, bitkilərin cücərmə faizi, inkişaf dinamikası, iqlimləşdirilib çoxaldılması təhlil edilir. Abşeron şəraitində introduksiya olunmuş növlərin bioekoloji xüsusiyyətləri, yerli şəraitdə adaptasiya imkanları və biomüxtəliflikdə rolu araşdırılır.

İntroduksiya edilən növlərin vegetasiya dövründə boy və inkişafının biometrik göstəriciləri öyrənilir. Bitkilərin böyümə və inkişafı, vegetasiyanın davam etmə müddəti iqlim amillərindən asılılığı tədqiq edilir. Tədqiqat dövründə qeyd olunan növlər üzrə ədəbiyyat mənbələri araşdırılıb, sistematik və botaniki təsviri öyrənilib, tibbi və qida əhəmiyyətliliyi təhlil edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: