Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

06.06.2023 14:10
  • A-
  • A
  • A+

Fizika İnstitutunun əməkdaşları beynəlxalq konfransda iştirak ediblər

Fizika İnstitutunun əməkdaşları beynəlxalq konfransda iştirak ediblər

Xəzər Universitetində “Sağlamlıq: problemlər və həllər” (“One Health: Problems & Solutions”) mövzusunda 3-cü beynəlxalq konfrans keçirilib.

Konfransda Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunun əməkdaşları, fizika üzrə fəlsəfə doktorları Rüstəm Rüstəmov, Suma Hüseynova və Səidə Məmmədova “Xərçəng əleyhinə dərman daşıyıcısı olan β-lapakonun qızıl ilə adsorbsiya edilmiş qrafen superqəfəsində öyrənilməsi” (“Studying gold adsorbed on graphene supercell as a drug carrier for anticancer drug β-lapachone”) mövzusu ilə iştirak ediblər.

Tədbirdə məruzə ilə Təhsil, xarici və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rüstəm Rüstəmov çıxış edib. Təqdim olunan mövzuda xərçəng əleyhinə dərman olan β-lapakonun qızıl ilə adsorbsiya edilmiş qrafen səthində xassələri və tibbdə tətbiqləri araşdırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: