İyunun 6-da öz işinə başlayan “Seysmologiya və mühəndis seysmologiyası” mövzusunda VII beynəlxalq konfransın iştirakçıları Fəxri Xiyabanda müasir Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət ediblər. Ulu Öndərin məzarı üzərinə tər gül dəstələri qoyub, onun ruhu qarşısında baş əyiblər.
Ümummilli Liderin ömür-gün yoldaşı, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad olunub, məzarları üstünə gül dəstələri düzülüb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.