Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

06.06.2023 15:56
  • A-
  • A
  • A+

Dendrologiya İnstitutunun Abşeron rayonu Saray təcrübə sahəsində iməcilik təşkil olunub

Dendrologiya İnstitutunun Abşeron rayonu Saray təcrübə sahəsində iməcilik təşkil olunub

Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunun Abşeron rayonu Saray təcrübə sahəsində biomüxtəlifliyin, bərpası, mühafizəsi, səmərəli istifadəsi, iqlim dəyişkənliyinin biomüxtəlifliyə, populyasiyalara və növdaxili dəyişkənliyə təsiri istiqamətinə uyğun elmi tədqiqat işləri aparılır.

Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunun baş direktoru v.i.e, biologiya üzrə fəlsəfə doktoru, dosent Minarə Həsənova burada aparılan elmi-təcrübə işlərinin gedişatı və müxtəlif bitkilərin qiymətli kolleksiyaları ilə tanış olub.

Alim institutun İctimaiyyətlə əlaqələr şöbəsinə sahənin elmi potensialının gücləndirilməsi istiqamətində, eləcə də gələcəkdə həyata keçiriləcək işlər haqqında məlumat verib. Dendrologiya İnstitutunun Abşeron rayonu Saray təcrübə sahəsinin 7 hektarında əkilmiş 50 mindən çox ağac və kol, 15 min ədəd rozmarin bitkisinin əraziyə uyğun boy dinamikası və bitkilərin yerli şəraitə uyğunlaşma dərəcəsi təhlil edilib. Həmçinin kənd təsərrüfatı əhəmiyyətli məhsuldar bitkilərin keyfiyyətli sortlarının seçilməsi məqsədilə Saray təcrübə sahəsində 5 mindən çox dərman bitkisinin əkildiyi qeyd olunub.

Təcrübə sahəsindən daha səmərəli istifadə olunması ilə bağlı müzakirələr aparılaraq, müvafiq göstərişlər verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: