Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Bioloq alimlər Nizami bağının ərazisinə müşahidələr aparıblar
07.06.2023 11:05
  • A-
  • A
  • A+

Bioloq alimlər Nizami bağının ərazisinə müşahidələr aparıblar

Dendrologiya İnstitutunun Bəzək memarlığı laboratoriyasının müdiri, b.ü.f.d., dosent Şəlalə Gülməmmədova tərəfindən Abşeronda Nizami bağının ərazisinə ekspedisiya təşkil edilərək orada müşahidələr aparılıb.

Yerli və müxtəlif ölkələrdən Abşeron şəraitinə introduksiya olunmuş 37 növdən (həmişəyaşıl sərv, al qırmızı ölməzkol, adi göyrüş, nəcib dəfnə, leylandi sərvi, adi tuya, giləmeyvəli qaraçöhrə, kolxida şümşadı, tikanlı iydə, eldar şamı, tikanlı küknar, vaşinqton palması, çin ardıcı, yapon birgözü  və s.) ibarət dekorativ ağac, kol və ot bitkilərinin herbariləri toplanılaraq taksonomik tərkibi və mənşəyi təyin edilib, bitkilərin kompozisiyalarda bioloji və dekorativ xüsusiyyətlərinə görə qruplaşdırılması, kompozisiyaların müntəzəm (həndəsi formalı) və landşaft və ya təbii (orijinal formalı) üslublarda tərtibatı, kompozisiyaların ətrafinda kiçik memarlıq formalarının (fəvvarə, fənər, oturacaq, gül səbəti, fiqur və s.) istifadə qaydaları  öyrənilib,  fotoşəkilləri çəkilib. Kompozisiyaların tərtibatında əsasən landşaft və ya təbii (orijinal formalı) üsluba üstünlük verilib.

Laboratoriyada aparılan elmi-tədqiqat işinin nəticəsində məlum olub ki, Abşeronda Nizami Bağının ərazisində taksonomik  tərkibi, mənşəyi öyrənilən 37 növə aid dekorativ ağac, kol və ot bitkiləri Abşeronun torpaq-iqlim şəraitinə yaxşı uyğunlaşır, perspektivlidir, yaşıllaşdırmada, park və bağlarda müxtəlif formalı kompozisiyaların tərtibatında geniş  istifadə oluna bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: