Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

07.06.2023 11:26
  • A-
  • A
  • A+

Botanika İnstitutunun əməkdaşları Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunda olublar

Botanika İnstitutunun əməkdaşları Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunda olublar

Elm və Təhsil Nazirliyinin Botanika İnstitutu ilə Kənd Təsərrüfat Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutu arasında bağlanmış saziş çərçivəsində Botanika İnstitutunun  əməkdaşları Meyvəçilik və Çayçılıq ETİ-də ekspedisiyada olublar.

Botanika İnstitutunun Eksperimental Botanika şöbəsinin əməkdaşları b.ü.f.d. Rəna Qəniyeva, b.ü.f.d. Gülnar Sultanova, b.ü.f.d. Sevil Dadaşova və b.ü.f.d. Gülnarə Babayevanın iştirakı ilə həyata keçirilən ekspedisiyanın məqsədi müxtəlif bitki növlərində olan xəstəlik və virusların qarşısının alınmasında antibiotiklərin və antioksidantların tətbiqi istiqamətində birgə tədqiqat işlərinin aparılması olub. Alimlər Meyvəçilik və Çayçılıq ETİ-da fəaliyyət göstərən Mikroklonal çoxaltma laboratoriyası, istixana kompleksi, Molekulyar biologiya laboratoriyasında müvafiq cihaz və qurğular, onların iş prinsipi, yeni metod və üsullarla tanış olub, təcrübə sahələrində yetişdirilən gavalı, albalı və alma ağaclarını müşahidə ediblər.

İnstitutun elmi işlər üzrə direktor müavini Sevil Süleymanova ilə görüş zamanı qarşılıqlı təcrübə və əməkdaşlıq perspektivləri müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: