Elm və Təhsil Nazirliyinin Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun 1 və 7 saylı laboratoriyalarının elmi işçiləri Günel Əzimova və Vüsal Əhmədov “CBM Engineering” Məhdud Məsuliyyətli Cəmiyyəti və “META-CHROME” Elmi-İstehsalat Şirkətinin təşkilatçılığı ilə keçirilən “Azərbaycanda müştərək istehsal olunan “NUR GC” Xromatoqraf avadanlığının təqdimatı” adlı seminarda iştirak ediblər.
Seminarda “Neft-kimya və kimya sənayesində xromatoqrafların tətbiqi”, “Ekologiyada xromatoqrafların tətbiqi”, “Qida sənayesində xromatoqrafların tətbiqi”, “Farmokologiyada xromatoqrafların tətbiqi”, “Kənd təsərrüfatında xromatoqrafların tətbiqi”, “Standartların və digər mövcud normativ sənədlərin hazırlanması barədə məlumat” və s. kimi maraqlı mövzulara toxunulub.
Tədbirdə doktorantlar və bir sıra ayrı-ayrı müəssisələrin təcrübəli əməkdaşları da iştirak ediblər. Gənc alimlər auditoriya tərəfindən mövzular haqqında verilən suallara ətraflı cavab veriblər və təqdimat dinləyicilər tərəfindən maraqla qarşılanıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.