Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

09.06.2023 10:58
  • A-
  • A
  • A+

Torpaqşünaslıq və Aqrokimya İnstitutu ilə Neft-Kimya Prosesləri İnstitutu arasında əməkdaşlıq davam edir

Torpaqşünaslıq və Aqrokimya İnstitutu ilə Neft-Kimya Prosesləri İnstitutu arasında əməkdaşlıq davam edir

Elm və Təhsil Nazirliyinin akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru, akademik Vaqif Abbasov, Torpaqşünaslıq və Aqrokimya İnstitunun baş direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev və institutun əməkdaşları Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Ucar Dayaq Məntəqəsində olublar.

İki müəssisə arasında imzalanan əməkdaşlıq müqaviləsinə əsasən birgə elmi-tədqiqat işlərinin aparmasına başlanılıb.

Neft-Kimya Prosesləri İnstitutu tərəfindən hazırlanan gübrə institutun Ucar Dayaq Məntəqəsində pambıq və qarğıdalı bitkisi altında tətbiq olunub. Akademik Vaqif Abbasov gübrənin əhəmiyyəti, rentabelliyi, ekoloji təsiri, məhsuldarlığa və keyfiyyət göstəricələrinə təsiri haqqında məlumat verib. Suda yaxşı həll olunan gübrənin əldə olunması zamanı heç bir tullantı meydana gəlməyib. Kompleks gübrənin iqtisadi cəhətdən səmərəliliyi xüsusi olaraq qeyd edilib. Gübrənin tətbiqi zamanı ekoloji təmiz məhsul alınması nəzərdə tutulur.

Həmçinin sahədən institutun əməkdaşları analiz olunması nəzərdə tutulan torpaq nümunələri götürüblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: