Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

09.06.2023 15:15
  • A-
  • A
  • A+

Radiasiya Problemləri İnstitutunun iştirak etdiyi konsorsium beynəlxalq qrant müsabiqəsinin qalibi olub

Radiasiya Problemləri İnstitutunun iştirak etdiyi konsorsium beynəlxalq qrant müsabiqəsinin qalibi olub

Radiasiya Problemləri İnstitutunun iştirak etdiyi konsorsium “Horizon” proqramı üzrə beynəlxalq qrant müsabiqəsinin qalibi olub.

İnstitutun İnnovativ ionlaşdırıcı şüa qəbulediciləri laboratoriyasının alimlərinin hazırlayacağı yeni silisium əsaslı fotoelektron gücləndiricilərin tibbi qamma zondlarda tətbiqinin öyrənilməsi məqsədi ilə Avropa Komissiyasının maliyələşdirdiyi “HORIZON-MSCA-2022-SE-01” çağırışı üzrə təqdim edilən “Tibbi qamma zondu üçün yeni detektor konsepsiyası” adlı layihə qalib elan olunub. Təqdim edilən layihənin 6 iş paketi üzrə 48 ay müddətində yerinə yetirilməsi nəzərdə tutulub. Layihə müddətində yeni fotodiodların hazırlanması-parametrlərinin təyin edilməsi, dəstəkləyici elektronika hissələrin hazırlanması, sınağı, detektor modulunun hazırlanması, sınağı planlaşdırılır.

2028-ci ilədək nəzərdə tutulan layihənin əsas məqsədi tibbi qamma zondları üçün kompakt ölçülü geniş enerji diapazonunda işləyən yeni detektor modullarının hazırlanması və onun parametrlərinə xarici təsirlərin öyrənilməsidir. Layihədə Azərbaycandan ETN-in Radiasiya Problemləri İnstitutu (qrup rəhbəri - Fərid Əhmədov), Strateji Elmi Tədqiqatlar Mərkəzi (SETM), eləcə də Portuqaliya, Çex Respublikası, Ukrayna, Almaniya, Macarıstan, Sloveniya və Polşadan qurumlar iştirak edirlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: