Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

19.06.2023 14:56
  • A-
  • A
  • A+

Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər

Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər

Elm və Təhsil Nazirliyinin Neft və Qaz İnstitutu və Qazaxıstanın Ş.Yesenov adına Kaspi Dövlət Texnologiyalar və Mühəndislik Universiteti arasında əməkdaşlıq haqqında imzalanan memoranduma əsasən, sözügedən universitetin iki doktorantı ixtisasartırma üzrə təcrübədə olublar.

Təcrübə müddətində onlar Bibiheybətdə dünyada ilk dəfə qazılmış mexaniki üsulla işləyən neft quyusunun açıq səma altında muzeyində olub və Azərbaycan neft sənayesi tarixi ilə tanış olublar. Qonaqlar Neft və Qaz İnstitutunun Müasir qazmanın nəzəri və tətbiqi problemləri şöbəsində aparılan elmi-tədqiqat işləri ilə tanış olub, dissertasiya işlərinin mövzularına aid müvafiq məlumat toplayıblar.

Qazaxıstanlı doktorantlar, həmçinin Geologiya və Geofizika İnstitutunun muzeyində və laboratoriyalarda olub, həmin laboratoriyalardakı cihazlar və aparılan tədqiqat işləri ilə, eləcə də Lökbatan sahəsində qazılan quyuya səyahət zamanı qazma avadanlığı və orada işlədilən texnologiya ilə tanış olublar.

Təcrübənin sonunda doktorantlar sertifikatla təltif olunublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: