Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli Akademiya şəhərciyi ərazisində salınmış Nadir ağaclar parkına növbəti dəfə baxış keçirib.
Akademik İsa Həbibbəyli Nadir ağaclar parkında ölkəmizin iqlim şəraitinə uyğun əkilmiş ağac və kol bitkilərinə mütəmadi aqrotexniki qulluğun göstərilməsi ilə bağlı tapşırıqlarını verib.
Qeyd edək ki, “Heydər Əliyev İli” çərçivəsində salınmış Nadir ağaclar parkının yaradılmasında məqsəd ölkəmizdə ekologiyanın qorunması, təbiətə qayğı hissinin təbliği və ətraf mühitin sağlamlaşdırılmasıdır.
2024-cü ilin Azərbaycan Respublikasında “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar AMEA-da silsilə tədbirlər, konfranslar, maarifləndirmə işləri, ağacəkmə aksiyaları həyata keçirilir və atılan addımların ilboyu davam etdirilməsi nəzərdə tutulub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.