AR ETN Canlı Sistemlərin Tədqiqi İnstitutunun əməkdaşları - Molekulyar Analiz laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Türkan Qurbanova və Müasir Mikroskopiya və Görüntüləmə laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Elyanə Tahirova Masallı rayonunda elmi ekspedisiyada iştirak ediblər.
Ekspedisiyanın əsas məqsədi DNT bankının formalaşdırılması, həmçinin rəqəmsal bazanın yaradılması məqsədi ilə fauna nümunələrinin və mümkün patogen materiallarının toplanması olub.
Tədqiqatlar Masallı rayonunun müxtəlif kəndlərini əhatə edib. Ekspedisiya çərçivəsində həm quru ekosistemlərində, həm də müxtəlif su hövzələrində - göllər, çaylar, axmazlar, kanallar və digər su obyektlərində bioloji materialların toplanması həyata keçirilib.
Toplanmış materiallar müvafiq metodiki tələblərə uyğun şəkildə fiksə edilərək sonrakı molekulyar və mikroskopik analizlərin aparılması məqsədilə institutun aidiyyəti laboratoriyalarına çatdırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.