Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

28.08.2024 15:46
  • A-
  • A
  • A+

Coğrafiya İnstitutunun əməkdaşı BRİCS coğrafiyaçıları günündə iştirak edib

Coğrafiya İnstitutunun əməkdaşı  BRİCS coğrafiyaçıları günündə iştirak edib

Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun kiçik elmi işçisi Nazim Gəraylı Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində BRİCS və Rusiya Coğrafiya Cəmiyyətinin BRİCS ölkələri coğrafiyaçılarının günü münasibətilə təşkil etdiyi tədbirdə iştirak edib.

Rusiya Federasiyasının prezidenti Vladimir Putin 19 avqust tarixini BRİCS ölkələri coğrafiyaçılarının günü elan edib. Bu münasibətlə təşkil edilən tədbir Rusiyanın dövlətlərarası assosiasiyaya daxil olan ölkələr üçün vahid peşə bayramının təsis edilməsi təşəbbüsünün inkişafı çərçivəsində keçirilib.

“Yeni nəsil” təcrübə proqramı çərçivəsində coğrafiyaçılar Xakasiya Respublikasının xüsusi mühafizə olunan əraziləri və ümumilikdə Qərbi Sibirin təbii coğrafi şəraiti və min illər öncədən burada məskunlaşan yerli xalqların adət ənənələri ilə yaxından tanış olublar.  İştirakçılar üçün ətraf mühitin mühafizəsi və turizmin təşkili sahəsində görülən işlər nümayiş etdirilib.

Proqramının əvvəlində yeni genişləndirilmiş BRİCS ölkələrindən olan təbiəti mühafizə, turizm, coğrafiya və əlaqəli elmlər üzrə ekspertlər, o cümlədən digər ölkələrdən dəvət olunmuş nümayəndələr üçün Sayano-Şuşensk Təbiət Qoruğundakı “Qar bəbirinin evi” İnteraktiv Təbiət Muzeyinə ekskursiya təşkil edilib. Qonaqlar Muzeyin yaranma tarixi, coğrafi mövqeyi, landşaftı və bioloji müxtəlifliyi ilə tanış olublar. Qar bəbiri, bu nadir vəhşi pişiyin mühafizəsi və öyrənilməsinə yönəlmiş qoruqda ekoloji və tədqiqat işlərinə xüsusi diqqət yetirilib. Həmçinin ekspertlər Sayano-Şuşensk Təbiət Qoruğunda qar bəbirlərinin sayının bərpası üzrə federal proqramın gedişatı ilə də tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: