Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Yeni texnologiya yağış damcılarından elektrik əldə etməyi bacarır
02.08.2023 16:00
  • A-
  • A
  • A+

Yeni texnologiya yağış damcılarından elektrik əldə etməyi bacarır

Yağış damcıları buludlardan enərkən elektrikə çevrilə bilən az miqdarda enerji əmələ gətirir. Ancaq bu enerji mənbəyini istifadəyə uyğun hala gətirmək çox uzun müddət mümkün olmamışdı.

Sinxua Universitetinin alimləri yeni yaratdıqları texnologiya ilə yağış damcılarından alınan elektrik enerjisini qoruyub saxlamağı bacarıblar. Tədqiqatçıların fikrincə, bu prosesə hidroenergetikanın miniatürləşdirilmiş versiyası kimi baxmaq olar.

Yağış damcısı enerjisini toplamaq üçün maye-bərk kontaktın elektrikləşməsindən istifadə edən turboelektrik nanogenerator (TENG) adlı cihazın yağış damcılarından uğurla elektrik aldığı, ən əsası da onu mühafizə edib ötürə bildiyi sübut olunub.

Bununla belə, hazırda TENG-in yağış panellərinə çıxışı olduqca məhduddur. Bu da əldə olunan elektrik miqdarını limitləyir. Sinxua Universitetinin mühəndisləri hazırda bu da daxil olmaqla cihazdakı texniki problemlər üzərində işlədiklərini qeyd edirlər.

AzərTac

  • Paylaş: