Elm və Təhsil Nazirliyinin akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşları Elmi-texniki informasiya şöbəsinin müdiri texnika elmlər doktoru, professor Leylufər Əliyeva və Korroziya inhibitorları və konservasiya materialları laboratoriyasının baş elmi işçisi texnika elmlər doktoru, dosent Nərminə Abdullayeva Belçikanın Brüssel şəhərində keçirilmiş “The Annual Event of the European Federation of Corrosion - EUROCORR 2023” adlı konqresdə “Study of alkylphenol-formaldehyde oligomers modified with amines containing imidazoline fragments as corrosion inhibitors in the composition of preservation fluids” adlı təqdimatla çıxış ediblər.
Təqdimat konqres iştirakçıları tərəfindən maraqla qarşılanıb. Həmçinin konqres iştirakçıları ilə beynəlxalq əlaqələr yaradılıb, müştərək perspektivli işlər haqqında gələcək planlar müzakirə olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.