Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

05.09.2023 10:18
  • A-
  • A
  • A+

Tarix Muzeyinin əməkdaşı Tacikistada keçirilən beynəlxalq forumda iştirak edib

Tarix Muzeyinin əməkdaşı Tacikistada keçirilən beynəlxalq forumda iştirak edib

Tacikistan Respublikasının Düşənbə və Gülüstan şəhərlərində “MDB ölkələrinin humanitar inteqrasiyasında rus dilinin rolu” adlı beynəlxalq gənclər forumu keçirilib.

Forumda muzeyin İnnovasiyalar və təhsil proqramları şöbəsinin baş mütəxəssisi Qənirə Qafarlı iştirak edib. Tədbirdə bir sıra ölkələrin nümayəndə heyətlərinin çıxışlarından sonra forum iştirakçısı olan dövlətlərin - Tacikistan, Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Özbəkistanın tarixi və mədəniyyətlərini əks etdirən stendlər qonaqların ixtiyarına verilib. Muzeyin əməkdaşı Q.Qafarlı Milli Azərbaycan Tarixi Muzeyinin nəşrləri və interaktiv layihələri haqqında forum iştirakçılarına geniş məlumat verib. Böyük marağa səbəb olan nəşrlər qonaqlara hədiyyə edilib.

Həmçinin muzeyin əməkdaşı tərəfindən maraqlı viktorinalar təşkil olunub və viktorina iştirakçıları “Xarıbülbül” gips fiqurlarını rəngləmək kimi interaktiv əl işlərinin hazırlanmasına cəlb olunublar.

Sonda qaliblərə Azərbaycan mədəniyyətini özündə əks etdirən suvenirlər paylanılıb və sertifikatlar təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: