Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Heydər Əliyev və Azərbaycan xalq mədəniyyəti” kitabı çapdan çıxıb
08.09.2023 12:38
  • A-
  • A
  • A+

“Heydər Əliyev və Azərbaycan xalq mədəniyyəti” kitabı çapdan çıxıb

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan “Heydər Əliyev və Azərbaycan xalq mədəniyyəti” kitabı nəşr olunub.

Kitab “Heydər Əliyev İli” çərçivəsidə 15 may 2023-cü il tarixində AMEA-nın Folklor İnstitutunun təşkilatçılığı ilə keçirilən “Heydər Əliyev və Azərbaycan xalq mədəniyyəti” mövzusunda respublika elmi konfransının materialları əsasında hazırlanıb.

“Elm və təhsil” nəşriyyatında işıq üzü görən 324 səhifəlik kitabın elmi redaktoru akademik Muxtar İmanov, tərtibçisi isə filologiya üzrə fəlsəfə doktoru, dosent Fidan Qasımovadır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: