Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşlarının məqaləsi Web of Science bazasına daxil olan jurnalda dərc olunub
23.05.2024 09:28
  • A-
  • A
  • A+

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşlarının məqaləsi Web of Science bazasına daxil olan jurnalda dərc olunub

Elm və Təhsil Nazirliyinin Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun alimlərinin “One -dimensional polymer of copper with salicylic acid and pyridine linkers: Synthesis, characterizations, solid state assembly investigation by hirshfeld surface analysis, and computational studies“ adlı məqaləsi Web of Science beynəlxalq bazasına daxil olan Journal of Molecular Structure-də (İF 3.8 CA) dərc olunub.

Məqalədə qeyd edilir ki, 3,5-dinitrosalisil turşusu liqand kimi istifadə olunaraq Cu(II) kationu ilə piridin adduktu sintez olunmuş və bir çox fiziki-kimyəvi üsullarla - FT, IQ, UB spektroskopik və rentgenquruluş analizləri ilə tədqiq edilmişdir. Məlum olmuşdur ki, mərkəzi atom Cu(II) kationu liqandın karbonil qrupunun və karboksil qrupunun oksigenləri ilə koordinasiyaya daxil olaraq polimer quruluşlu birləşmə əmələ gətirmişdir. Mis kationunun əmələ gətirdiyi çox üzlü təhrif olunmuş kvadrat prizma formasındadır.

“B” oxu boyunca yaranmış polimer zəncir Crystal Explorer 21,5 proqramı ilə Hirşfeld səth analizi aparılmış, molekulyar orbital və kvant nəzəriyyələri ilə tədqiq olunaraq, molekullar arası Van-der-Vaals əlaqələrinin uzunluqları, molekullar arası boşluqların həcmi hesablanmış molekulyar orbitalın yuxarı həddi (HOMO) və aşağı həddi (LOMO) tapılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: