Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Coğrafiya İnstitutunun alimlərinin məqaləsi yüksək reytinqli jurnalda dərc olunub
21.06.2024 10:40
  • A-
  • A
  • A+

Coğrafiya İnstitutunun alimlərinin məqaləsi yüksək reytinqli jurnalda dərc olunub

 

AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizinin hidrometeorologiyası şöbəsinin müdiri c.e.d. Səid Səfərovun Xəzər dənizinin səviyyə problemləri şöbəsinin böyük elmi işçisi c.ü.f.d. Elnur Səfərovla birgə müəllifi olduqları “Changes in the Hydrological Regime of the Volga River and Their Influence on Caspian Sea Level Fluctuations” (“Volqa çayının hidroloji rejimində baş verən dəyişikliklər və onun Xəzər dənizinin səviyyə dəyişmələrinə təsiri”) adlı məqalə yüksək reytinqli beynəlxalq “WATER” (İsveçrə) jurnalında dərc olunub (Web of Science, Q1 index, Impact  Factor 3,78).

Bu tədqiqatda 1938-2020-ci illərin məlumatlarına əsasən Volqa çayında baş verən hidroloji dəyişikliklər və onların Xəzər dənizinin səviyyəsinə təsirləri araşdırılıb. Təhlillər Volqa çayının yüksək axını ilə onun hövzəsində artan atmosfer yağıntıları arasında korrelyasiya olduğunu aşkar edib. Bununla belə, son illərdə (2005-2020-ci illər) Yuxarı Lebyaje hidroloji stansiyasının məlumatlarına əsasən Volqa çayında axım əmsalının kəskin azalması aşkar edilib.

Havanın istiləşməsinin çay axınına və dəniz səviyyəsinə təsiri kəmiyyətcə qiymətləndirilib, nəticədə 1977-ci ildən 2020-ci ilə qədər - 43 il müddətində dəniz səviyyəsində 133 sm azalma olub. Qeyd etmək lazımdır ki, tarixən Xəzər dənizinin səviyyəsinin dəyişməsi 2005-ci ilə qədər Volqa çayının axınındakı dəyişmələri əks etdirib, 2006-cı ildən isə Volqa çayının axınının azalması fonunda dəniz səviyyəsinin daha kəskin enməsi müəyyən edilib ki, bu da külək rejimində baş verən dəyişiklərlə əlaqədardır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: