Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Elm” qəzetinin növbəti sayı işıq üzü görüb
08.05.2025 12:25
  • A-
  • A
  • A+

“Elm” qəzetinin növbəti sayı işıq üzü görüb

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin may ayında növbəti sayı çapdan çıxıb.

Qəzetin ön səhifəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vyetnam Sosialist Respublikasının “Vietnam News Agency” agentliyinə müsahibəsi yer alıb.

Bugünkü sayın ilk səhifələrində AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin müəllifi olduğu “Azərbaycan Milli Elmlər Akademiyası: Heydər Əliyevdən İlham Əliyevə” başlıqlı geniş məqalə, eləcə də AMEA Rəyasət Heyətinin növbəti iclası və akademik İsa Həbibbəylinin Rusiya Elmlər Akademiyasının (REA) vitse-prezidenti akademik Sergey Aldoşinlə görüşü ilə bağlı informasiyalar dərc edilib.

Qəzetin bu buraxılışında AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda “Azərbaycan 1941-1945-ci illər müharibəsində” mövzusunda respublika elmi konfransı, “Milli Dadlar” layihəsinin və eyniadlı onlayn platformanın təqdimat mərasimi, Azərbaycan-Özbəkistan elmi əlaqələrini əks etdirən tədbirlərlə bağlı yazılar və digər xəbərlər  yer alır.

Bundan əlavə, “Heydər Əliyev və müstəqil Azərbaycan Konstitusiyası”, “Mənəvi kamillik və xeyirxahlıq ünvanı”, “Fəlsəfə - taledir”, “Azərbaycan neft tarixinə əsaslı töhfə” və “XX əsrdə zərurətdən yaranan Elmlər Akademiyasının gələcəyə ünvanlanan fəaliyyəti” başlıqlı məqalələr, o cümlədən ümumilikdə həftə ərzində Akademiyanın bölmə, elmi müəssisə və təşkilatlarında keçirilən digər tədbirlər barədə yazılar işıqlandırılıb.

Qəzetin rus və ingilis dili bölmələrində AMEA-da həftə ərzində keçirilən aktual mövzuda tədbirlərlə bağlı yazılar oxucuların ixtiyarına verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: