Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Kimyaçı alimin həmmüəllifi olduğu məqalə nüfuzlu jurnalda işıq üzü görüb
07.05.2025 12:10
  • A-
  • A
  • A+

Kimyaçı alimin həmmüəllifi olduğu məqalə nüfuzlu jurnalda işıq üzü görüb

ETN Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşı (Hədiyyə Xəlilova, Nahidə Musayeva, Təranə Nurubəyli, Aybəniz Qaşqay, Fuad Rzayev, Bəxtiyar İzzətov, Məftun Əliyev) “Sulu məhlullardan kadmium ionlarının çıxarılmasında alüminium oksidi/mis oksidi nanokompozitlərinin effektivliyi” (Effectiveness of alumina/copper oxide nanocomposites in removing cadmium ions from aqueous solutions) adlı məqaləsi Scopus və Web of Science bazasında indeksləşən “Composite İnterfaces“ jurnalında nəşr olunub.

Bu məqalədə adsorbsiya yolu ilə sulu məhluldan Cd(II) ionlarının çıxarılması üçün alüminium oksid (γ-Al2O3) və mis oksid (CuO) nanohissəciklərinin (NPs) sintezi və tətbiqi müzakirə olunur. Proses iki növ adsorbentdən - γ-Al2O3 NPs və γ-Al2O3/CuO nanokompozitindən istifadə etməklə tədqiq edilmişdir. Sintez edilmiş nanohissəciklərin xarakterinin öyrənilməsində rentgen şüalarının difraksiyası (XRD), Furye transformasiyasının infraqırmızı spektroskopiyası və ötürücü elektron mikroskopiya metodlarından (TEM) istifadə edilmişdir.

Təmas vaxtının adsorbent konsentrasiyasının və Cd ionunun konsentrasiyasının xaricetmə səmərəliliyinə təsiri öyrənilmişdir. Araşdırma göstərdi ki, γ-Al2O3/CuO nanokompozitindən istifadə daha aşağı adsorbent dozada Cd ionunun çıxarılmasının yüksək effektivliyini nümayiş etdirir. Məhluldan Cd ionlarının faizlə çıxarılmasının hesablanmasının nəticələri göstərdi ki, maksimum xaric olma sürəti 0,0232 q γ-Al2O3 NP-dən istifadə edildikdə 90 dəqiqəlik təmas müddətində, müvafiq olaraq 0,0116 q γ-Al2O3/12% C-dən istifadə edildikdə isə 30-90 dəqiqəlik təmas müddətində əldə edilir. Cd ionlarının adsorbsiyasına dair məlumatlar Langmuir izotermi ilə ən yaxşı uyğun gəlir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: