Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Seysmoloji təhlilin differensiyasiyalı ssenar metodu” adlı monoqrafiya nəşr olunub
29.05.2025 09:52
  • A-
  • A
  • A+

“Seysmoloji təhlilin differensiyasiyalı ssenar metodu” adlı monoqrafiya nəşr olunub

ETN Geologiya və Geofizika İnstitutunun Seysmologiya və seysmik təhlükənin qiymətləndirilməsi şöbəsinin rəhbəri y.e.e.d., dosent Qulam Babayevin “Seysmoloji təhlilin differensiyasiyalı ssenar metodu” (Böyük Qafqazın cənub-şərq yamacı timsalında) monoqrafiyası ingilis dilində çapdan çıxıb.

Müəllifin şərhinə görə, elmi əsərdən məq­sə­d seys­mo­lo­ji təh­li­lin dif­fe­ren­si­ya­si­ya­lı sse­nar me­to­do­lo­gi­ya­sı sa­hə­sin­də təd­qi­qat­lar üçün əsas for­ma­laş­dır­maq­dır. Kitabda risk­lər və qey­ri-mü­əy­yən­lik­lər şə­rai­tin­də ha­di­sə sse­na­ri­lə­ri­nin tər­tib edil­mə­sin­də əsas nə­zə­ri me­tod və ya­naş­ma­lar işıq­lan­dı­rı­lır, sse­na­ri­lə­rin ema­lı­nın əsas as­pekt­lə­ri təs­vir edil­ir. Eləcə də Azər­bay­can­da seys­mo­lo­gi­ya el­mi­nin in­ki­şaf ta­ri­xi­nə da­ir təd­qi­qat­lar təq­dim olunur, öl­kə­miz­də bu is­ti­qa­mət­də töh­fə­lə­ri olan elm xa­dim­lə­ri­nin fəa­liy­yə­ti­nin qı­sa bib­li­oq­ra­fik ic­ma­lı əksini tapır.  Bö­yük Qaf­qa­zın cə­nub-şərq ya­ma­cı­nın he­sab­lan­mış qiy­mət­lər əsa­sın­da zəl­zə­lə­nin mak­si­mal maq­ni­tu­da­sı­nı, tit­rə­yiş­lə­rin in­ten­siv­li­yi­ni, amp­li­tu­da­nın güc­lən­di­ril­mə əm­sa­lı­nı və qrun­tun mak­si­mal tə­ci­li­ni özün­də eh­ti­va edən dif­fe­ren­si­ya­si­ya­lı sse­nar seys­mik mo­del­lə­ri qu­rul­ur, araşdırılan coğrafi məkanın cə­nub-şərq ya­ma­cın­da bir sı­ra seys­mik tə­sir­lə­rin əmə­lə gəl­mə­si­nin sə­bəb­lə­ri gös­tə­ril­ir.

Mo­noq­ra­fi­ya in­gi­lis di­lin­də təh­sil alan tə­lə­bə­lər, dok­to­rant­lar, elə­cə də  bu el­mi sa­hə­də ça­lı­şan mü­əl­lim­lər və seys­mo­loq­lar üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: