Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Azərbaycanlı alimin məqaləsi Q1 kateqoriyalı beynəlxalq jurnalda dərc edilib
27.05.2025 11:00
  • A-
  • A
  • A+

Azərbaycanlı alimin məqaləsi Q1 kateqoriyalı beynəlxalq jurnalda dərc edilib

Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun elmi işlər üzrə direktor müavini AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyevin müəllifi olduğu məqalə çap olunub.

Məqalə “Analysis and Mathematical Physics” (https://www.springer.com/journal/13324) (WoS, IF-2.9) yüksək impakt faktorlu  Q1 kateqoriyalı jurnalda işıq üzü görüb.

“Stratifid Li qruplarında təyin olunmuş total Morri fəzalarında maksimal funksiyanın kommutatorunun xarakterizasiyası” adlı məqalədə stratifid Li qruplarında təyin olunmuş total Morri fəzalarında maksimal kommutator operatoru və maksimal operatorun kommutatorunun məhdudluğu üçün meyarlar alınmışdır.  Bu nəticələrin tətbiqi olaraq stratifid Li qruplarında təyin olunmuş total Morri fəzalarında maksimal kommutator operatorun və maksimal operatorun kommutatorunun məhdud olması üçün zəruri və kafi şərtlər tapılmışdır.

Məqalə ilə buradan tanış ola bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: