AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin may ayında sonuncu sayı çapdan çıxıb.
Bu sayın baş səhifəsində “28 May - Müstəqillik Günündə Azərbaycan, Türkiyə və Pakistanın tarixi görüşü” sərlövhəli geniş icmal təqdim olunub.
Bugünkü buraxılışın ilk səhifələrində AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin 28 May - Müstəqillik Günü münasibətilə Akademiya əməkdaşlarına ünvanladığı təbrik müraciəti, AMEA rəhbərinin iştirak etdiyi, “Konstitusiya və Suverenlik İli”nə həsr olunan “Milli dövlətçilik və folklor” mövzusunda respublika elmi konfransı, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin, AMEA-nın və Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun birgə təşkilatçılığı ilə baş tutan “Yaşıl dünya, süni intellekt və müasir reallıqlar” adlı elmi-praktiki konfrans, habelə “Kitabxana-informasiya texnologiyalarının inkişafında müasir tendensiyalar” mövzusuna həsr olunmuş IV respublika elmi konfransla bağlı informasiyalar geniş şəkildə işıqlandırılıb.
Bundan əlavə, akademik İsa Həbibbəylinin Nobel mükafatı laureatı, AMEA-nın fəxri üzvü, professor Əziz Sancarın Əlişir Nəvai Beynəlxalq Mükafatı ilə təltif olunması münasibətilə ünvanladığı təbrik məktubu və professorun cavab məktubu bu nömrədə yer alıb.
Qəzetin bu sayında, “Qarabağ və Şərqi Zəngəzur. Təbii ehtiyatlar atlası”nın təqdimat mərasimi və IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı barədə xəbərlər, həmçinin “Akademik elmin yeni nəsli”, “Arxeologiyamızın böyük təmsilçisi”, “Qlobal və regional iqlim dəyişmələri fonunda Azərbaycanın real hidrometeoroloji şəraiti” adlı məqalələr, eləcə də AMEA-nın bölmələri və elmi müəssisələrində həftə ərzində keçirilən müxtəlif tədbirlərlə bağlı informativ yazılar təqdim edilib.
Qəzetin rus və ingilis dili bölmələrində beynəlxalq oxucu auditoriyası üçün AMEA-da baş verən elmi yeniliklər, konfranslar və təqdimatlarla bağlı materiallar dərc edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.