Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Azərbaycanlı alimin riyaziyyat sahəsindəki araşdırması Q1 kateqoriyalı jurnalda yer alıb
27.05.2025 13:58
  • A-
  • A
  • A+

Azərbaycanlı alimin riyaziyyat sahəsindəki araşdırması Q1 kateqoriyalı jurnalda yer alıb

Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun Riyazi analiz şöbəsinin aparıcı elmi işçisi dosent Mehriban Ömərovanın müəllifi olduğu məqalə çap olunub.

Məqalə “Mathematical Methods in the Applied Sciences” (https://onlinelibrary.wiley.com/journal/10991476) (WoS, IF-2.9) yüksək impakt faktorlu  Q1 kateqriyalı jurnalda dərc edilib.

“Parabolik total Morri fəzalarında parabolik kəsr maksimal operatorun kommutatoru” adlı məqalədə parabolik total Morri fəzalarında parabolik kəsr maksimal kommutator operatoru və parabolik kəsr maksimal operatorun kommutatorunun məhdudluğu üçün meyarlar alınmışdır. Bu nəticələrin tətbiqi olaraq parabolik total Morri fəzalarında parabolik kəsr maksimal kommutator operatorun və parabolik kəsr maksimal operatorun kommutatorunun məhdud olması üçün zəruri və kafi şərtlər tapılmışdır.

Məqalə ilə ətraflı buradan tanış ola bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: