Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Elm” qəzetinin növbəti sayı işıq üzü görüb
21.06.2024 12:30
  • A-
  • A
  • A+

“Elm” qəzetinin növbəti sayı işıq üzü görüb

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı çapdan çıxıb.

Qəzetin ön səhifəsində “Prezident İlham Əliyev Palçıq Vulkanları Turizm Kompleksinin açılışında iştirak edib” başlıqlı yazı təqdim edilib.

Bügünkü sayda AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin Qurban bayramı münasibətilə Akademiya əməkdaşlarına təbriki, AMEA-nın Rəyasət Heyətinin iclası, “Naxçıvan Muxtar Respublikasının yaranması: keçmişdən bu günə və sabaha” mövzusunda beynəlxalq elmi konfrans“Zəngəzur. Uzaq keçmişdən günümüzədək” monoqrafiyasının təqdimatına dair yazılar yer alıb.

Qəzetdə akademik İsa Həbibbəylinin Çin Xalq Respublikasına səfəri çərçivəsində Azərbaycan və Çinin Elmlər Akademiyaları arasında, o cümlədən AMEA ilə Çin Yaşıl İnkişaf Fondu arasında Anlaşma memorandumlarının imzalanması mərasimində və Siçzyazçujan şəhərində keçirilən beynəlxalq elmikonfransda iştirakı, eləcə də Pekin Xarici Dillər Universitetinin rektoru, orada Azərbaycan dili qrupunda təhsil alan çinli tələbələrlə görüşlərinə dair xəbərlər dərc edilib.

Həmçinin bu sayda AMEA-nın akademik-katibi akademik Arif Həşimovun müəllifi olduğu AR ETN akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun Azərbaycan Respublikasının Dövlət Mükafatına layiq görülən kimyaçı alimlərinin elmi uğurları haqqında məqalə, eyni zamanda 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə “Sülh və əməkdaşlığın qarantı: Azərbaycan Silahlı Qüvvələri” başlıqlı məqalə və digər tədbirlərə dair informasiyalarla tanış ola bilərsiniz.

Qəzetin rus və ingilis dili bölməsində məqalə, icmal, o cümlədən AMEA-da keçirilən tədbirlərə və son elmi yeniliklərə dair informasiyalar təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: