Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Müasir erməni dilinin morfologiyası” adlı kitab çapdan çıxıb
23.05.2024 09:58
  • A-
  • A
  • A+

“Müasir erməni dilinin morfologiyası” adlı kitab çapdan çıxıb

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Qədim dillər və mədəniyyətlər şöbəsinin elmi işçisi Bakı Dövlət Universitetinin “Ümumi dilçilik” kafedrasının müəllimi Türkan Əzizzadənin “Müasir erməni dilinin morfologiyası” adlı tədris vəsaiti işıq üzü görüb.

Kitabda morfologiya bölməsinə sistematik yanaşılmış, əsas və köməkçi nitq hissələri ayrı-ayrılıqda ətraflı izah edilmişdir. Tədris vəsaitində Azərbaycan və erməni dilləri arasında bəzi müqayisəli təhlillər aparılmış, qrabar və aşxarabar arasında olan morfoloji fərqlərə toxunulmuşdur. Kitab əsas bölmələr olan isim, sifət, say, əvəzlik, feil, zərf, qoşma, bağlayıcı, modal sözlər, nida və bu bölmələrin alt başlıqlarından ibarətdir. Nitq hissələrinin morfoloji quruluşu dərindən araşdırılmışdır. Hər bir mövzu izahından sonra həmin mövzuya uyğun nümunələr öz əksini tapmışdır. Tədris vəsaitinin sonunda geniş ədəbiyyat siyahısı verilmişdir. Siyahını Azərbaycan, erməni, rus, ingilis dilli ədəbiyyatlar təşkil edir.       

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: