Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“İqlim dəyişmələri üzrə xülasə” kitabça şəklində çap olunub
14.06.2024 09:10
  • A-
  • A
  • A+

“İqlim dəyişmələri üzrə xülasə” kitabça şəklində çap olunub

Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü İslam Mustafayev və Azərbaycan Memarlıq və İnşaat Universitetinin professoru Nurməmməd Məmmədovun birgə tərtib etdikləri “İqlim dəyişmələri üzrə xülasə” kitabça şəklində nəşr olunub.

“Yaşıl dünya naminə həmrəylik” və COP29 ilinə həsr olunmuş kitabçada iqlim dəyişmələri sahəsində son 200 ildə baş verən proseslər, karbon-dioksid və digər istilik effekti yaradan qazların emissiyaları, bu sahədə proqnozlar verilib. İqlim dəyişmələrinin təzahürləri, mitiqasiya və adaptasiya tədbirləri, iqlim dəyişmələrinə qarşı azkarbonlu və resursqənaətedici texnologiyaların tətbiqi, alternativ enerji növlərindən istifadə məsələləri öz əksini tapıb. Kitabçada həm də, təmiz enerjilər sahəsində qabaqcıl beynəlxalq təcrübədən nümunələr gətirilib.

Kitabça geniş oxucu kütləsi üçün məlumatlandırıcı vəsait kimi nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: