Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

12.06.2024 09:23
  • A-
  • A
  • A+

MEK-də yeni daxil olan nəşrlərin sərgisi keçirilir

MEK-də yeni daxil olan nəşrlərin sərgisi keçirilir

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) yeni daxil olan nəşrlərin sərgisi keçirilir.

Ümumilikdə 102 adda nəşrin təqdim edildiyi sərgidə Azərbaycan dövlətçiliyi sahəsində dəyərli kitablardan “Heydər Əliyev və müasir biologiya elminin inkişafı: nailiyyətlər və çağırışlar” beynəlxalq konfransın materialları, “Heydər Əliyev – İlham Əliyev müasir Azərbaycanın liderlik fəlsəfəsi və dövlətçilik təcrübəsi”, “Heydər Əliyev: dünya sivilizasiyasında elit şəxsiyyət”, “Heydər Əliyev 100 faktın tarixi”, “Heydər Əliyev: dil, ədəbiyyat və incəsənət”, “Qarabağ tarixi 1920-1990”,“Zəfər marşı” və digərləri nümayiş olunur.

Bundan əlavə, müxtəlif elm sahələrini əhatə edən “Avesta Yasna”, “Qədim Roman dilləri”, “Roman filologiyasına giriş”, “Nəqliyyatda intellektual idarəetmə sistemləri”, “Azərbaycanın neft-qaz yataqları və perspektivli strukturları” üç kitab, “Mikroorqanizmlərin genetikası”, “Qədim dövrdə Azərbaycanda elmi biliklərin və təhsilin təşəkkülü”, “Nevrologiyada müayinə metodları (şkalalar, testlər, sorğu anketləri)” tədris-metodiki vəsait, “Nevrologiya”, “Azərbaycanda riyaziyyat elminin tarixi”, bədii ədəbiyyat kitablarından Vaqif Bəhmənlinin “Əsərlər”i çoxcildliyi, "Keçmişdən gələcəyə", Hürzad Əhmədlinin "Ruhum yaşayacaq bu sətirlərdə", o cümlədən Şəmsəddin Küzəçinin “Kərkükün milli yazıçısı Əta Tərzibaşının həyatı və əsərləri”,  İsgəndər Atillanın “Əsrin şairi. Cavid etikası”, "Şuşanın görkəmli simaları" və s. kitablar sərgilənir.

Sərgi iki həftə müddətində davam edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: