Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Dendrologiya İnstitutunun elmi-tədqiqat işlərinin nəticələri MDB ölkələrinin Nəbatat Bağları Cəmiyyətinin Xəbərlər bülletenində dərc edilib
17.04.2025 10:12
  • A-
  • A
  • A+

Dendrologiya İnstitutunun elmi-tədqiqat işlərinin nəticələri MDB ölkələrinin Nəbatat Bağları Cəmiyyətinin Xəbərlər bülletenində dərc edilib

MDB ölkələrinin Nəbatat Bağları Cəmiyyətinin Xəbərlər bülleteninin növbəti 20 (43) saylı 2025-ci il buraxılışı nəşr edilib.

Xəbərlər bülleteni MDB ölkələrinin Nəbatat Bağları Cəmiyyətinin illik yekun hesabatlarından ibarət topluda Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Özbəkistan və Ukraynanın şəhər yaşıllaşdırılması istiqamətində park və bağlarda aparılan tədqiqatlar öz əksini tapıb. Sözügedən bülletenin dərc edilməsində məqsəd hər il olduğu kimi MDB ölkələrinin Nəbatat Bağlarında və Dendrarilərdə aparılan elmi tədqiqat işlərinin nəticələri haqqında yeni məlumatlar verməkdən ibarət olmasıdır.

Bülletendə MDB ölkələrinin Nəbatat Bağları Cəmiyyətinin üzvü olan AR ETN Dendrologiya İnstitutunun yekun hesabatınnın qısa xülasəsi verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: