Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Fərid Urxan oğlu Ələkbərli” biblioqrafiyası çapdan çıxıb
18.04.2025 14:52
  • A-
  • A
  • A+

“Fərid Urxan oğlu Ələkbərli” biblioqrafiyası çapdan çıxıb

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə Biblioqrafiya şöbəsinin müdiri Qutiyera Cəfərovanın ön söz yazaraq tərtib etdiyi “Fərid Urxan oğlu Ələkbərli” biblioqrafiyası işıq üzü görüb.

Biblioqrafiyaya tarix elmləri doktoru, professor Fərid Ələkbərlinin kitab və monoqrafiyaları, beynəlxalq və yerli dövri mətbuatda, məcmuələrdə çap olunmuş əsərləri, həyatı və elmi yaradıcılığı, eləcə də ictimai fəaliyyətini əks etdirən mənbələr daxil edilib.

Qeyd edək ki, yeni nəşrin elmi redaktoru akademik Teymur Kərimli, rəyçisi fəl.e.d., dosent Zəkiyyə Əbilova, naşiri Tural Axundovdur. Biblioqrafiyanı hazırlayan işçi qrupu Nigar İbrahimova və Aytən Musayeva, dizaynerləri isə Səbinə Məmmədova, Vüqar Hacıyev və İsmət Cəfərovdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: