AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin aprel ayında növbəti sayı çapdan çıxıb.
Qəzetin ön səhifəsində “Prezident İlham Əliyev: Cənubi Qafqazda sabitlik və sülhün təmin edilməsi ortaq marağımızdır” başlıqlı icmal yer alıb.
Bugünkü sayın ilk səhifələrində “Prezident İlham Əliyevin müəyyən etdiyi prioritet istiqamələr üzrə AMEA-da mühüm tədqiqatlar aparılır” sərlövhəli Elm Gününə həsr olunan tədbir haqqında geniş yazı, “İlham Əliyev: Qadınlara istiqamətli qlobal təşəbbüslər və gender bərabərliyinin inkişafı (2003-2023)” kitabının təqdimatı, eləcə də akademik İsa Həbibbəylinin TÜRKTAV-baş katibi və gürcüstanlı alimlərlə görüşlərinə dair informasiyalar dərc edilib.
Qəzetin bu buraxılışında “Süni intellektin humanitar və ictimai elmlərdə tətbiqi prioritet istiqamətlərdəndir” başlıqlı AMEA Rəyasət heyətinin növbəti iclasına dair yazı və AMEA-nın vitse-prezidenti akademik Rasim Əliquliyevin “Azərbaycanda süni intellekt texnologiyalarına xüsusi diqqət ayrılır” başlıqlı müsahibəsi yer alır.
Bundan əlavə, qəzetdə “Qədim Albaniya dövlətinin yaranma tarixi və arxeoloji dəlillər” sərlövhəli məqalə, AMEA-nın Gəncə Bölməsində, Şəki Regional Elmi Mərkəzidə təşkil olunan tədbirlər, Naxçıvan Bölməsinin əməkdaşlarının Türkiyə səfəri, ümumilikdə həftə ərzində Akademiyanın elmi müəssisə və təşkilatlarında keçirilən digər tədbirlər barədə xəbərlər işıqlandırılıb.
Qəzetin rus və ingilis dili bölmələrində AMEA-da keçirilən Elm Gününə dair icmal, müsahibə, eləcə də aktual mövzuda tədbirlərlə bağlı yazılar oxucuların ixtiyarına verilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.