Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

MEK  Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsinə daxil olan nəşrlərin virtual sərgisini təqdim edir
10.06.2024 14:58
  • A-
  • A
  • A+

MEK Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsinə daxil olan nəşrlərin virtual sərgisini təqdim edir

AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsinin fonduna daxil olan yeni informasiya resurslarının virtual sərgisinin (https://heyzine.com/flip-book/bbdce47ef0.html)  birinci buraxılışını təqdim edir.

Sərgidə Ümummilli Lider Heydər Əliyevin şəxsiyyətinin ucalığı, ali insani keyfiyyətləri, həyatı, zəngin və çoxşaxəli irsi, dövlətçilik tariximizdə müstəsna yeri, ideya-siyasi xətti, əbədiyaşar ideyaları, Azərbaycanda səhiyyənin inkişafı və mətbuatla dövlətçilik əlaqələrinin qurulmasındakı tarixi xidmətlərindən bəhs edən akademik nəşrlər öz əksini tapıb. Həmçinin, sərgidə Prezident İlham Əliyevin Heydər Əliyev ideyalarına əsaslanan siyasi kursunun öyrənilməsi, təbliğ edilməsi, “Böyük Qayıdış” proqramına siyasi, etik və sosioloji yanaşmalar, modernləşmə xəttində azərbaycançılığa siyasi-sosioloji baxış, postmüharibə dövrünün milli prioritetləri və digər əsərlər təqdim olunur. Azərbaycan, rus, ingilis və fransız dillərində təqdim olunan nəşrlərdə şanlı Zəfər tariximizi əhatə edən kitablar, Azərbaycanın ayrılmaz parçası olan Naxçıvanın tarixi, ən qədim dövrlərdən zəmanəmizədək Azərbaycan torpaqlarında cərəyan edən tarixi və siyasi proseslərin əks olunduğu dəyərli nəşrlər də yer alıb.

Bunların sırasında “Əbədi ömrün yüz ili”, “Heydər Əliyevin həyatının unikal səhifələri. Böyük şəxsiyyət haqqında düşüncələrim”, “Heydər Əliyev və Multikultural təhlükəsizlik”, “Ulu Öndər Heydər Əliyev xatirələrdə”, “Heydər Əliyev: 100 il 100 fotosənəddə”, “Ömrün 25 baharı və möhtəşəm məktəb”, “Azərbaycan ədəbiyyatında vətən və dövlətçilik məfkurəsinin intibahı: Heydər Əliyevdən – İlham Əliyevə”, “Heydər Əliyev və milli mətbuat”, “Yeni Azərbaycan Partiyası: Heydər Əliyev dühası və siyasi varislik”, “Azərbaycanşünaslığın aktual məsələləri (tədqiqat, elmi diskurs, beynəlmiləlləşmə)”, “Heydər Əliyevin siyasi dilinin lüğəti”, “Heydər Əliyev. Prezidentlik xronikası: 1993-2003”, “İlham Əliyev. İnkişaf-məqsədimizdir”, “Böyük Qayıdış: Post müharibə dövründə siyasət və etika məsələləri”, “Qarabağın mənəviyyat və fəlsəfə tarixindən səhifələr”, “Azərbaycanın XX əsr faciələri. Hər bir azərbaycanlı üçün qiymətli yaddaş kitabı”, “Dünyanın bəzəyi – Naxçıvan”, “Heydər Əliyevin siyasi irsi: Azərbaycançılıq və Azərbaycan-Türkiyə birliyinin fəlsəfəsi”, “İkinci Qarabağ Müharibəsi və yeni geosiyasi reallıqlar”, “Heydər Əliyev – İlham Əliyev müasir Azərbaycanın liderlik fəlsəfəsi və dövlətçilik təcrübəsi”, “Azərbaycan Tarixi”, “Naxçıvan. Şərqin əfsanəsi”, “Azərbaycan Albanşünaslığının (Qafqaz) tarixinə dair (Dünya üzrə tədqiqatlar kontekstində xronoloji biblioqrafiya ilə)”, “Dahilərin, müdriklərin və fatehlərin  həyat dərsləri (VI cild)”, “Görkəmli dövlət xadimi Heydər Əliyev: biblioqrafik göstərici /AMEA Mərkəzi Elmi Kitabxana”, Mərkəzi Elmi Kitabxananın informasiya bülleteni. “Heydər Əliyev İli”nə həsr olunmuş xüsusi buraxılış” və digər əsərlər mövcuddur.

Geniş oxucu kütləsi üçün nəzərdə tutulan nəşrlərin elektron versiyalarını MEK-in elektron kataloquna daxil olub PDF şəklində yükləmək və ya onlayn rejimdə mütaliə etmək mümkündür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: