Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

08.09.2023 12:24
  • A-
  • A
  • A+

Zoologiya İnstitutunun əməkdaşları Naxçıvanda ekspedisiyada olublar

Zoologiya İnstitutunun əməkdaşları Naxçıvanda ekspedisiyada olublar

Elm və Təhsil Nazirliyinin Zoologiya İnstitutunun Quru onurğasızları laboratoriyasının əməkdaşları, laboratoriya müdiri vəzifəsini icra edən, aparıcı elmi işçi Gülər Hüseynzadə, baş elmi işçi, biologiya elmləri doktoru Natalya Sneqovaya və aparıcı elmi işçi, biologiya üzrə fəlsəfə doktoru İlhamə Kərimova Naxçıvan Muxtar Respublikasında ekspedisiyada olublar.

Ekspedisiya zamanı Naxçıvan Muxtar Respublikasının Batabat və Göygöl kəndi, Paraqaçay qəsəbəsi və Qapıcıq dağı ətrafındakı çəmənliklər, meşə ətrafındakı sahələr, talalar nəzərdən keçirilərək entomoloji materiallar toplanıb.

Alimlər mövzularına uyğun olaraq arıkimilər, torqanadlılar, iynəcələr və digər həşərat qrupları üzrə faunistik material toplayaraq təyin etmək üçün laboratoriyaya gətiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: