AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun İnformasiya cəmiyyətinin fəlsəfəsi və sosioloji problemləri şöbəsinin elmi işçisi Alidə Zeynalova “The main factors that shape aesthetic thinking and their impact on information society” (Estetik təfəkkürü formalaşdıran əsas amillər və onların informasiya cəmiyyətinə təsiri) adlı mövzu ilə 3.International congress on contemporary scientific research (Adana, Türkiyə) beynəlxalq elmi konfransda onlayn çıxış edib.
Məqalənin məzmununda estetik təfəkkürü formalaşdıran əsas amillər və onların informasiya cəmiyyətinə təsirindən bəhs edilib.
Sonda konfrans iştirakçıları sertifikatlarla təltif olunublar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.