AMEA-nın Azad Həmkarlar İttifaqının dəstəyi Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunun Həmkarlar Təşkilatının təşkilatçılığı ilə sözügedən müəssisənin 25 nəfər əməkdaşı üçün Şamaxı rayonuna 1 günlük gəzinti təşkil edilib.
İnstitut əməkdaşları Şamaxı Astrofizika Rəsədxanasında ekskursiyada olublar. Əməkdaşları əvvəlcə rəsədxanadakı diametri iki metr olan əsas teleskopla tanış olublar. Onlara teleskopun işləmə mexanizmi, müşahidə qaydaları barədə ətraflı məlumat verilib, həmçinin müxtəlif vaxtlarda müşahidə nəticəsində çəkilmiş qalaktikalar, planetlər və ulduzlar toplusunun fotoşəkilləri ilə tanış olublar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.